Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) arasında imzalanmış əməkdaşlığa dair Memorandum universitetin iş dünyası ilə əlaqələrinin genişləndirilməsi, tələbə və məzunların peşəkar inkişaf imkanlarının artırılması və əmək bazarına inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Memorandum çərçivəsində Mingəçevir Dövlət Universitetinin ATİB-ə üzv olan 70 müəssisə və təşkilatla qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi, universitetin akademik və insan kapitalı potensialının biznes mühitinə təqdim olunması, eləcə də tələbə və məzunlar üçün təcrübə, karyera, məşğulluq, təlim, mentorluq və peşəkar şəbəkələşmə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq MDU tələbələrinin real sektorun tələbləri ilə daha yaxından tanış olmasına, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və təşkilatlarla birbaşa əlaqələr qurmasına, istehsalat və xidmət sahələrində praktiki bilik və bacarıqlar qazanmasına şərait yaradacaq. Eyni zamanda, universitet məzunlarının əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların müvafiq ixtisas və bacarıqlarına uyğun müəssisələrlə əlaqələndirilməsi istiqamətində də yeni imkanlar formalaşacaq.
Bu tərəfdaşlıq MDU-nun “universitet–sənaye–cəmiyyət” əməkdaşlığı modelinin gücləndirilməsinə, tədris prosesinin əmək bazarının aktual ehtiyaclarına uyğunlaşdırılmasına, tələbələrin peşəkar mühitə erkən inteqrasiyasına və məzunlarla iş mexanizmlərinin daha səmərəli qurulmasına töhfə verəcək.
Qeyd edək ki, ATİB-ə üzv müəssisə və təşkilatlar iqtisadiyyatın müxtəlif sahələrini – telekommunikasiya, bank və maliyyə, sığorta, tikinti, sənaye, kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları, turizm və hotelçilik, hüquq, konsaltinq, istehsal, xidmət və ticarət sektorlarını əhatə edir. Bu isə MDU tələbə və məzunları üçün çoxşaxəli inkişaf və karyera imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
ATİB-ə üzv müəssisə və təşkilatlar:
- Aztelekom
- Badamlı
- İnsun
- Qarabağ Agro
- 166 Yükdaşıma
- Akond Engineering
- Allsafe
- Altay Group
- Anadolu Vizyon Tanıtım Hizmetleri
- Aquavita
- AS İnşaat
- AVIS
- Construction
- Azersun
- ATB
- ADORE
- Bakcell
- Borusan CAT
- Mətanət A
- 19 Mayıs
- The Coca-Cola Company
- Delta Telecom
- EJOT
- Evrika
- Foto Xalça
- GEO Project
- Gizli Bahçe
- Gültekin
- Güvən
- Hilton Hotels & Resorts
- Hilton Garden Inn
- Huner Group
- Hyatt Regency
- ibis
- İmpotex Group
- İnci
- Intertek
- İstanbul Çarşı Import Export Ltd
- İFM
- Itera Caspian
- Kaspi Təhsil Şirkəti
- Kolin
- Lacivert
- Lotus Company
- MatrixPro
- MGM
- Nareks Automation
- Norma BMS
- Paşa Bank
- Paşa Sığorta
- Paşa Həyat
- PFM
- PMD Projects
- Positive Consulting
- Privet Group
- PwC
- Lalafo Həyat
- Radisson
- Seranit
- SB Group
- Sirab
- Tonnage Group
- Turan Legal & Tax Services
- Turkish Airlines
- Turquoise
- Ultra Technologies
- Upgrade Solutions
- Vira Group
- Yapı Kredi Bank Azərbaycan
- Ziraat Bank
Mingəçevir Dövlət Universiteti biznes sektoru ilə əməkdaşlığı genişləndirməklə tələbə və məzunların praktiki bacarıqlarının inkişafına, məşğulluq imkanlarının artırılmasına və universitetin regional inkişafda rolunun daha da gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirir.