Mingəçevir Dövlət Universitetində biomüxtəlifliyin tədqiqinə həsr olunmuş “Green Campus BioBlitz 2026” təşkil olunur

  • Post category:Elanlar

Hörmətli Mingəçevir Dövlət Universitetinin tələbə və əməkdaşları,

Sizi “MDU Green Campus BioBlitz 2026” tədbirinə dəvət edirik!

Bu təşəbbüs çərçivəsində universitet kampusunda mövcud olan canlı növlərinin (flora və fauna) qısa zaman ərzində sistemli şəkildə müşahidəsi və qeydiyyatı həyata keçiriləcəkdir. Tədbirin əsas məqsədi kampusun biomüxtəlifliyinin sənədləşdirilməsi, ekoloji maarifləndirmənin artırılması və iştirakçıların praktik tədqiqat təcrübəsi qazanmasıdır.

Tədbir zamanı iştirakçılar mütəxəssislərin rəhbərliyi ilə kiçik qruplara bölünəcək, kampus ərazisində müşahidələr aparacaq, növləri fotoşəkillərlə sənədləşdirəcək və əldə olunan məlumatları qeydə alacaqlar. Günün sonunda isə bütün qruplar bir araya gələrək topladıqları nəticələri təqdim edəcək və ümumi müzakirə aparılacaqdır.

Tədbirin məqsədi:

Bir gün ərzində kampus daxilində mümkün qədər çox sayda canlı növünün müəyyən edilərək qeydiyyata alınması.

Tarix: 20 may 2026

Məkan: Mingəçevir Dövlət Universiteti kampusu

Qeydiyyat (forum linki):  https://forms.gle/zCjg1FsfwsXdcguk7

İştirak üçün yerlər məhduddur. Maraqlanan şəxslərdən qeydiyyatdan keçmələri xahiş olunur.

MDU Green Campus təşəbbüsü çərçivəsində keçirilən bu tədbirdə iştirak etməklə siz həm təbiəti daha yaxından tanıyacaq, həm də onun qorunmasına töhfə vermiş olacaqsınız.