2024-cü il martın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) Elm Günü ilə əlaqədar növbəti dəyirmi masa keçirilib. Tədbirdə Mühəndislik fakültəsinin bir qrup akademik-inzibati heyət üzvləri, professor-müəllimləri iştirak edib.
Dəyirmi masanı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov iştirakçıları 27 Mart – Elm Günü münasibətilə təbrik edib, elmi-pedoqoji fəaliyyətlərində uğurlar arzulayıb. Elmi potensialın gücləndirilməsi istiqamətində edilən əməkdaşlıqların genişləndirildiyini bildirən professor keçirilən birgə konfrans, seminar və digər müxtəlif formatlı tədbirlər bu sahənin inkişaf etdirilməsi baxımından xüsusi rol oynadığını diqqətə çatdırıb.
Sonra, Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva 2023-cü il üzrə fakültənin elmi istiqamətdə olan hesabatını dəyirmi masa iştirakçılarına təqdim edib.
Daha sonra, dəyirmi masa müzakirələrlə davam edib. Fakültənin elmi istiqamətdə potensial imkanlarının, maddi texniki bazasının gücləndirilməsi istiqamətində təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb.