Elm tədqiqat və innovasiya şöbəsi

Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.

Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

Şöbədə görülən işlər

Şöbə aşağıdakı funksiyaları həyata keçirir:

  • Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
  • kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
  • elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
  • elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
  • Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.

Şöbə müdiri

Həsənov Ramil
İlham oğlu

ramil.hasanov@mdu.edu.az

Əməkdaşlar

Günel Kərimli

baş mütəxəssis
gunel.karimli@mdu.edu.az

Xəbərlər

“Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı Ali Attestasiya Komissiyasının siyahısına daxil edilmişdir

“Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı Ali Attestasiya Komissiyasının siyahısına daxil edilmişdir

Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Tarix və Antropologiya

Mingəçevir Dövlət Universitetində “Elmi məqalənin strukturu və xüsusiyyətləri” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “Elmi məqalənin strukturu və xüsusiyyətləri” mövzusunda təlim keçirilib

10 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalənin strukturu və xüsusiyyətləri"

Mingəçevir Dövlət Universitetində “Elmi məqalələrə qoyulan tələblər” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “Elmi məqalələrə qoyulan tələblər” mövzusunda təlim keçirilib

4 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalələrə qoyulan tələblər” mövzusunda

Mingəçevir Dövlət Universitetində elmi seminar keçirilib

Mingəçevir Dövlət Universitetində elmi seminar keçirilib

11 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Elm və İnnovasiyalar şöbəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Elm

Əlaqə

telefon: (055) 289 12 66;
               (050) 521 96 97

e_mail: elm-innovasiya@mdu.edu.az
              vuqar.mustafayev@mdu.edu.az