Elm tədqiqat və innovasiya şöbəsi
Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.
Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbə aşağıdakı funksiyaları həyata keçirir:
- Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
- kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
- elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
- elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
- Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.
Şöbə müdiri

Həsənov Ramil
İlham oğlu
Əməkdaşlar

Günel Kərimli
baş mütəxəssis
gunel.karimli@mdu.edu.az
Xəbərlər
MDU-da “Hirş indeksi və onun tətbiqi” mövzusunda seminarlar keçirilib
Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda seminarlar keçirilib. Seminarlarda Mühəndislik,
MDU-da seminar: Ekoloji davranış
Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi və Elm və İnnovasiyalar şöbəsinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Ekoloji davranış”
MDU-da xaricdə təhsillə bağlı məlumatlandırıcı görüş keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) xaricdə təhsil imkanları ilə bağlı məlumatlandırıcı görüş keçirilib. “AID Group” Şirkəti tərəfindən keçirilən məlumatlandırma görüşündə MDU-nun
MDU-da narkomaniya ilə mübarizəyə həsr edilmiş elmi-praktik seminar keçirilib
2024-cü il aprelin 5-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝Gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin aparılması˝ mövzusunda elmi-praktik seminar
Əlaqə
telefon: (055) 289 12 66;
(050) 521 96 97
e_mail: elm-innovasiya@mdu.edu.az
vuqar.mustafayev@mdu.edu.az