Elm tədqiqat və innovasiya şöbəsi
Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.
Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbə aşağıdakı funksiyaları həyata keçirir:
- Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
- kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
- elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
- elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
- Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.
Şöbə müdiri

Həsənov Ramil
İlham oğlu
Əməkdaşlar

Günel Kərimli
baş mütəxəssis
gunel.karimli@mdu.edu.az
Xəbərlər
MDU-nun daha bir əməkdaşı elmi dərəcə alıb
Mingəçevir Dövlət Universitetinin (MDU) “İqtisadiyyat” kafedrasının baş müəllimi Məlahət Rəhimova 2023-cü il sentyabrın 13-də Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya
Gənc tədqiqatçılar LATEX proqramından istifadə yollarını öyrəniblər
AZƏRTAC, 15.01.2024 Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti və Gənclər Fondunun dəstəyi ilə “Gənc tədqiqatçılara LATEX proqramının öyrədilməsi” layihəsi
MDU-da “Elmi məqalələrin dərci üçün jurnal seçimi” mövzusunda seminar keçirilib
Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalələrin dərci üçün jurnal seçimi” adlı növbəti elmi-praktik seminar
MDU-da “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə təşkil edilib
Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə “Uğurlu innovativ biznes” mövzusunda panel
Əlaqə
telefon: (055) 289 12 66;
(050) 521 96 97
e_mail: elm-innovasiya@mdu.edu.az
vuqar.mustafayev@mdu.edu.az