Elm tədqiqat və innovasiya şöbəsi
Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.
Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbə aşağıdakı funksiyaları həyata keçirir:
- Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
- kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
- elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
- elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
- Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.
Şöbə müdiri

Həsənov Ramil
İlham oğlu
Əməkdaşlar

Günel Kərimli
baş mütəxəssis
gunel.karimli@mdu.edu.az
Xəbərlər
MDU-da elmi-praktik seminar: Elmi əsərdə sisatgətirmə qaydaları
Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi əsərdə sitatgətirmə qaydaları” adlı elmi-praktik seminar keçirilib. Universitetin Elm
Mingəçevir şəhərinin 74 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
2022-ci ilin 10 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərinin 74 illiyinə həsr
“Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib
2022-ci ilin 5 və 7 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və
“Hirş indeksi və onun tətbiqi” mövzusunda seminar keçirilib
2022-ci ilin 28 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi”
Əlaqə
telefon: (055) 289 12 66;
(050) 521 96 97
e_mail: elm-innovasiya@mdu.edu.az
vuqar.mustafayev@mdu.edu.az