Elm tədqiqat və innovasiya şöbəsi

Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.

Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

Şöbədə görülən işlər

Şöbə aşağıdakı funksiyaları həyata keçirir:

  • Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
  • kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
  • elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
  • elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
  • Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.

Şöbə müdiri

Həsənov Ramil
İlham oğlu

ramil.hasanov@mdu.edu.az

Əməkdaşlar

Günel Kərimli

baş mütəxəssis
gunel.karimli@mdu.edu.az

Xəbərlər

“Akademik məqalələrin yazılması və məntiqi struktur prinsipləri” mövzusunda modul təlimləri

“Akademik məqalələrin yazılması və məntiqi struktur prinsipləri” mövzusunda modul təlimləri

Universitetimizdə akademik heyətin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin müasir standartlarda hazırlanması, keyfiyyətli elmi əsərlərin ərsəyə gətirilməsi istiqamətində modul təlimlərin

MDU-da Layihə planlaması” mövzusunda təlim

MDU-da Layihə planlaması” mövzusunda təlim

9 fevral saat 15:00-da təlim keçiriləcək.Mövzu: "Layihə planlaması”.Təlimçi: Rasim Həşimov (İqtisadiyyat kafedrasının müəllimi)Təlimdə:✅ Layihə nədir?✅ Layihə strukturunun hazırlanması;✅ Tədqiqat layihələrinin

MDU-da Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyası ilə bağlı növbəti təqdimat keçirilib

MDU-da Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyası ilə bağlı növbəti təqdimat keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 5 iyun tarixində “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyasının

Əlaqə

telefon: (055) 289 12 66;
               (050) 521 96 97

e_mail: elm-innovasiya@mdu.edu.az
              vuqar.mustafayev@mdu.edu.az