Elm tədqiqat və innovasiya şöbəsi
Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.
Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbə aşağıdakı funksiyaları həyata keçirir:
- Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
- kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
- elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
- elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
- Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.
Şöbə müdiri

Həsənov Ramil
İlham oğlu
Əməkdaşlar

Günel Kərimli
baş mütəxəssis
gunel.karimli@mdu.edu.az
Xəbərlər
Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalının ingilis dilində saytının təqdimatı keçirilib
2025-ci ilin 20 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalının ingilis dilində olan saytının (sdj.mdu.edu.az) təqdimatı
MDU-da elmi-praktik seminar: Narkomaniyaya qarşı birgə mübarizə aparaq
2025-ci ilin 4 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində
MDU-da dəyirmi masa: Mərkəzi Aran folklor və etnomədəni dəyərlər konteksti
29 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzinin birgə
MDU-da “Dayanıqlı turizm və ətraf mühit” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib
Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və
Əlaqə
telefon: (055) 289 12 66;
(050) 521 96 97
e_mail: elm-innovasiya@mdu.edu.az
vuqar.mustafayev@mdu.edu.az