MDU Elmi Şurasının cari ildə sonuncu iclası keçirilib

Dekabrın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2023-cü ildə sonuncu iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Gündəliyə uyğun olaraq, iclasda “Heydər Əliyev İli” çərçivəsində MDU-da həyata keçirilmiş fəaliyyətlər, 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və 2023-cü il ərzindəki elmi fəaliyyət haqqında hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra, müvafiq tövsiyələrin nəzərə alınması ilə hər üç hesabat qəbul edilib.

Sonra 4 dərs vəsaitinin nəşr olunması haqqında təklif müzakirəyə çıxarılıb və qəbul olunub.

İclasın sonunda rektor Ş.Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə MDU ailəsinin bütün üzvlərini təbrik edib, onlara yeni təqvim ilində möhkəm cansağlığı və uğurlar arzulayıb.