Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərliyi ilə akademik-inzibati heyət, tələbə və magistrantları 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.
Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan ziyarətdə İcra başçısı, Yeni Azərbaycan Partiyası Mingəçevir Şəhər Təşkilatının sədri, Mingəçevir Bələdiyyəsinin sədri və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və şəhər ictimaiyyəti iştirak edib.
Ziyarət zamanı 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.