You are currently viewing 27 Mart – Azərbaycanda Elm Günüdür!

27 Mart – Azərbaycanda Elm Günüdür!

Mingəçevir Dövlət Universitetinin (MDU) bütün professor-müəllim heyətini, tədqiqatçılarını və tələbələrini bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirik!

Hazırda sürətlə  inkişaf edən MDU-da elmin tərəqqisinə töhfə vermək, müasir tədqiqatları təşviq etmək və innovativ yanaşmaları dəstəkləmək əsas hədəflərimizdəndir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə universitetimizin alimləri, doktorantları, magistrantları və tələbələrinin elmi potensialını artırmaq üçün ardıcıl addımlar atılır. Elm yolunda əzmlə çalışan hər kəsə uğurlar arzulayır, yeni nailiyyətlərə imza atmağı diləyirik!