2024-cü ilin martın 5-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Latviyanın RISEBA Tətbiqi Elmlər Universitetində tələbələr üçün ustad dərs keçib.
“Müasir dünya iqtisadiyyatı: yeni trendlər və əsas çağırışlar” mövzusunda keçirilən ustad dərsdə Ş.Bayramov müasir qlobal iqtisadiyyatın dayanıqlı inkişaf amillərindən, başlıca problemlərdən və perspektiv imkanlardan bəhs edib.
Ustad dərs tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Latviyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan RISEBA Tətbiqi Elmlər Universiteti MDU-nun əsas tərəfdaşlarından biridir. Cari ilin martın 4-də Latviyada hər iki ali təhsil müəssisəsinin rektorlarının iştirakı ilə universitetlər arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən ustad dərs Memorandum çərçivəsində həyata keçirilib.