MDU-da “Rəqəmsal bacarıqların inkişafı” mövzusunda silsilə təlimlərə start verilib

25 noyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin təşkilatçılığı ilə Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin universitetin professor-müəllim heyəti üçün nəzərdə tutulan “Rəqəmsal bacarıqların inkişafı” mövzusunda 4 modulda silsilə təlimlərinə start verilib.

Təlimi giriş sözü ilə Keyfiyyət təminat və davamlı inkişaf şöbəsinin baş mütəxəssisi Lamiyə İbrahimova açıb. Qeyd edildi ki, univeristetin professor-müəllim heyəti ilə keçirilən sorğuların təhlilindən alınan nəticələrdən göründüyü kimi günümüzdə rəqəmsal alətlərdən istifadə bacarıqlarının inkişaf etdirilməsinə yaranan tələbat bu sahədə ehtiyac duyulan təlimlərin təşkilini zəruri edir.

İnteraktiv təlimdə təlimçi Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev təlim planına uyğun materiallarla iştirakçıları tanış edərək WEB3.0 alətlərindən istifadə haqqında ətraflı məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.