31 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib. İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri iştirak edib. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov komissiyanın işinə uğurlar arzulayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”nda nəzərdə tutulan tələblər, meyarlar haqqında danışaraq, görüləcək işlərin nəzərdə tutulan vaxtda yerinə yetirilməsinin vacibliyini qeyd edib. Üzeyir Zeynalov hazırlanacaq Özünütəhlil hesabatının və ona əlavə edilməli olan sənədlərin mövcud qaydaların tələblərinə uyğun şəkildə tərtib olunmasını komissiya üzvlərinin nəzərinə çatdırıb.
Sonra komissiya üzvləri görülən işlər haqqında məlumat vermiş və görüləcək işlərin istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.