21 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri üçün onlayn formatda ustad dərsi təşkil edilib.
Mühazirə Türkiyənin Düzce Universitetinin Təhsil fakültəsinin Təhsil elmləri bölməsinin dosenti Bahar Şahin Şarkın tərəfindən “Təhsildə ölçmə və dəyərləndirmədə əsas anlayışlar” mövzusunda olub.
Dərsin əsas məqsədi tələbələrin təhsildə ölçmə və dəyərləndirmə sahəsində nəzəri biliklərini artırmaq, müasir yanaşmalarla tanış olmalarına dəstək vermək və beynəlxalq elmi əlaqələri təşviq etməkdir.
Mühazirə zamanı dos. Bahar Şahin Şarkın ölçmə və dəyərləndirmə anlayışlarının mahiyyəti, məqsədləri, növləri və tətbiq sahələri barədə geniş məlumat verib. O, həmçinin, bu sahədə istifadə olunan əsas metod və vasitələr, qiymətləndirmənin tədris prosesinə təsiri və tələbə nailiyyətlərinin düzgün qiymətləndirilməsinin əhəmiyyəti üzərində dayanıb.
Dərs tələbələr tərəfindən maraqla qarşılanıb, mövzu ilə bağlı interaktiv müzakirələr aparılıb və iştirakçılar suallarını cavablandırmaq imkanı əldə ediblər.
MDU-da beynəlxalq akademik əməkdaşlıq çərçivəsində təşkil olunan bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.