You are currently viewing Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının ilk mərhələsi keçirilib

Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının ilk mərhələsi keçirilib

Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının ilk mərhələsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarları İttifaqı Respublika Komitəsinin birgə təşəbbüsü çərçivəsində təşkil olunub.

Universitetdə baş tutan müsabiqənin ilk mərhələsi tələbələrin bədii yaradıcılıq potensialının üzə çıxarılması, onların istedadlarının aşkar edilməsi və daha geniş auditoriyaya təqdim olunması baxımından əhəmiyyətli platforma rolunu oynayıb. Tədbirdə müxtəlif janr və istiqamətlər üzrə çıxış edən iştirakçılar öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edilib ki, müsabiqə-festivalın keçirilməsində əsas məqsəd gənclər arasında bədii-estetik zövqün formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği, incəsənətə marağın artırılması və yaradıcı potensialın inkişafına dəstək göstərilməsidir. Bununla yanaşı, tədbir gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, onların milli mədəni irsə bağlılığının gücləndirilməsinə xidmət edir.

Vurğulanıb ki, bu kimi təşəbbüslər tələbə-gənclərin hərtərəfli inkişafına, onların yaradıcılıq imkanlarının genişləndirilməsinə və cəmiyyətin fəal üzvləri kimi yetişməsinə mühüm töhfə verir.

Məlumat üçün bildirək ki, müsabiqə-festival növbəti mərhələlərdə də davam etdiriləcək və qalib iştirakçılar növbəti seçim turlarında ölkə səviyyəsində universiteti təmsil etmək imkanı qazanacaqlar.