Fizika və Ekologiya kafedrasının müəllimləri, magistr və birinci kurs Kimya-Biologiya ixtisası tələbələri tərəfindən təşkil olunan ekspedisiya Yevlax-Ağdaş istiqamətində aparılıb. Ekspedisiya çərçivəsində regionun bitki və heyvan növlərinin canlı nümunələri toplanmış, həmçinin mümkün herbarilərin hazırlanması prosesi həyata keçirilib. Toplanmış nümunələr gələcək tədqiqatlar və ekoloji monitorinq işləri üçün əsas məlumat bazası kimi istifadə olunacaq.
Tədbir çərçivəsində tələbələr praktiki bacarıqlarını artırmaqla yanaşı, bölgənin bioloji müxtəlifliyi haqqında ətraflı biliklər əldə ediblər. Ekspedisiya həmçinin elmi-tədqiqat işlərinin və ekoloji maarifləndirmənin inkişafına töhfə verib.
Qeyd edək ki, regionun flora və fauna məlumat bazasının zənginləşdirilməsi istiqamətində bu kimi elmi ekspedisiyalar davamlı olaraq həyata keçiriləcəkdir. Bu təşəbbüs universitetin ekoloji tədqiqat fəaliyyətlərini gücləndirməklə yanaşı, tələbələrin praktik elmi bacarıqlarının formalaşmasına mühüm töhfə verir.