Mingəçevir Dövlət Universitetində Dayanıqlı İnkişaf Məqsədləri üzrə komandanın növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetində Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə komandanın növbəti iclası keçirilib. İclas zamanı universitetdə SDG istiqamətində görülən işlərin cari vəziyyəti müzakirə olunub, həyata keçirilən təşəbbüslər və görülən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin universitetin tədris, elmi-tədqiqat və ictimai fəaliyyətlərində daha geniş tətbiqi, bu istiqamətdə maarifləndirmə tədbirlərinin artırılması və gələcək fəaliyyət planları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi istiqamətində mütəmadi tədbirlər keçirilir və bu sahədə müxtəlif layihələr həyata keçirilir.