You are currently viewing Mənzillərdə enerjiyə qənaət üsulları – videoçarx

Mənzillərdə enerjiyə qənaət üsulları – videoçarx

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universiteti tərəfindən enerjidən səmərəli istifadə və dayanıqlı həyat tərzinin təşviqi məqsədilə hazırlanmış bu maarifləndirici videoda mənzillərdə enerji qənaətinin təmin edilməsi üçün tətbiq oluna bilən sadə və effektiv üsullar təqdim olunur. Videoda gündəlik istifadə zamanı elektrik enerjisinin israfının qarşısının alınması, işıqlandırma və məişət avadanlıqlarından səmərəli istifadə, istilik enerjisinin qorunması və enerji səmərəliliyinin artırılması ilə bağlı faydalı tövsiyələr yer alır.


Maarifləndirici video enerjiyə məsuliyyətli yanaşmanın formalaşdırılması, resurslardan qənaətlə istifadə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətin artırılması məqsədinə xidmət edir.