MDU-nun koordinatoru olduğu layihə çərçivəsində Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi ziyarət edilib

Rektor Şahin Bayramov, Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsinin tərəfdaşı olan Azərbaycan universitetlərinin rektorları Tallin Texnologiya Universitetinə (TalTech) səfər çərçivəsində Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyini ziyarət ediblər.

Göstərilən diqqətə görə hörmətli səfirimiz Anar Məhərrəmova təşəkkür edilib.