You are currently viewing ENGAGE layihəsi çərçivəsində Tallinn Texnologiya Universitetinə səfər

ENGAGE layihəsi çərçivəsində Tallinn Texnologiya Universitetinə səfər

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib. 28 avqust – 01 sentyabr tarixlərini əhatə edən təlimlər Estoniyanın Tallin Texnologiya Universitetində (TalTech) keçirilib.

Təlim səfərində ENGAGE layihəsində təmsil olunan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri iştirak ediblər.