Şəfa Əliyevanın 60 illik yubileyi qeyd edilib

  • Post category:Xəbərlər (AZ)

Şəfa Əliyevanın 60 illik yubileyi qeyd edilib

Mingəçevir Dövlət Universiteti Mexanika kafedrasının müəllimi və böyük laborantı Şəfa Hüseyn qızı Əliyevanın 60 illik yubileyi kafedra əməkdaşları tərəfindən qeyd edilib. Tədbirdə Kafedar müdiri dosent Mahir İsmayılov Şəfa xanımın keçdiyi həyat yolundan bəhs edib. Mingəçevir Dövlət Universitetinin sələfi olan Mingəçevir Politexnik İnstitutunun fəaliyyət göstərdiyi dövrdən pedaqoji fəaliyyətlə məşğul olduğunu qeyd edib.

Mahir İsmayılov Şəfa Əliyevanın pedaqoji fəaliyyətindən, təşkilatçılıq qabiliyyətindən, universitetin ictimai həyatındakı fəal iştirakından danışıb. Qeyd edibdir ki, 1995-ci ildən bu günə kimi müəllim və böyük laborant kimi çalışan Şəfa Hüseyn qızı Əliyeva universitetdə, kafedranın ixtisas qruplarında elm, təhsil, mədəniyyət və gənc nəslin əxlaqi-mənəvi tərbiyəsi, onlarda ideoloji fikrin, milli-mənəvi dəyərlərin və müasir düşüncə tərzinin formalaşmasında özünəməxsus yeri var.

Yubiley tədbirində kafedranın ağsaqqalı, baş müəllim Mirzə Gümayev yubiliyarın gözəl pedaqoq, sədaqətli dost, əqidə yoldaşı, ailəsinin xanımı, mehriban ana, humanist insan kimi müsbət məziyyətlərindən söz açmış, kollektiv adından səmimi təbrik etmişdir.

Universitet Həmkarlar təşkilatının sədri, baş müəllim Qəzənfər Əliyev çıxış edərək, Şəfa Əliyevanın öz şəxsi nüfuzu ilə müəllim-tələbə kollektivinin sevimlisinə çevrildiyini bildirib. Kafedra əməkdaşlarının müəllifi olduqları dərslik və dərs vəsaitlərinin, metodik işlərin və vəsaitlərin elektron variantlarının hazırlanmasında bilavasitə onun zəhməti olduğunu qeyd edib.

Yubilyara xoş ürək sözlərini çatdıran həmkarları və kafedranın digər əməkdaşları ömrün bu kamillik zirvəsində ona yeni-yeni uğurlar arzu ediblər.

Sonda Şəfa Əliyeva çıxış edətək universitet rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirmiş, universitetdə elm və təhsil sahəsində aparılan uğurlu islahatlardan, ömür yolunda iz qoymuş xoş xatirələrdən danışmışdır.