You are currently viewing İmtahan sessiyasında “Açıq qapı” günləri keçiriləcək

İmtahan sessiyasında “Açıq qapı” günləri keçiriləcək

  • Post category:Elanlar

2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

İmtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunacaq.

Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

İlk “Açıq qapı” günü 2023-cü ilin 07 iyun tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər muraciet@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.