MDU-da tələbələr arasında qeyri-formal məşğulluğa qarşı maarifləndirici söhbətlər aparılıb

  • Post category:Karyera

2023-cü il iyunun 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə qeyri-formal məşğulluqla mübarizə çərçivəsində tələbələrlə maarifləndirici söhbətlər aparılıb.

Söhbət zamanı qeyri-formal məşğulluğun mənfi tərəfləri, gələcəkdə yarana biləcək problemlər, dövlətin bu istiqamətdə apardığı mübarizə tədbirləri, formal məşğulluğun üstünlükləri, sahibkar və işçiyə qazandırdığı üstünlük və imtiyazlar barədə məlumat verilib və bukletlər paylanılıb.