Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzi.
Mingəçevir Dövlət Universitetini qarşıya qoyduğu prioritet məsələlərdən birincisi təhsilin keyfiyyətinin yüksəldilməsidir. Bu məqsədlə universitetimiz 2018ci ildə Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa komissiyasının Erasmus + proqramı çərçivəsində Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və inkişaf etdirilməsi (EQAC) layihəsinə qoşulmuşdur. Bu məqsədlə “01” “05” 2018-ci ildən Mingəçevir Dövlət Universitetində “Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzi” yaradılmışdır.
Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzi Mingəçevir Dövlət Universitetinin struktur tərkib hissəsi olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasında insan hüquqları haqqında beynəlхalq kоnvensiyaları və Azərbaycan Respublikasının tərəfdar çıхdığı digər beynəlхalq müqavilələri, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Prezidentin qərar və sərəncamlarını, NK-nin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və təlimatlarını, müəssisədə qüvvədə olan standartları universitetin Nizamnaməsini, universitet rəhbərliyinin əmr və göstərişlərini, təşkilatda qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını, Mərkəzin Əsasnaməsini əldə rəhbər tutaraq həyata keçirir.
Hazırda Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin əməkdaşları:
Quliyeva Səbinə Mürsəl qızı - direktor .
Məmmədov Səhiyyədin Məhiyyədin oğlu - monitorinq və qiymətləndirmə koordinatoru.
Mürşüdova Raifə Novruz qızı - təlim prosesinin təşkilinə nəzarət sektorunun koordinatoru
Balakişiyeva Vəfa Tofik qızı- operator.
Mərkəzin missiyası:
• Yüksək səviyyəli, peşəkar mütəxəssislərin hazırlanması;
• Aşağıdakı məqsədlərə nail olmaq:
şəxsiyyət üçün (əməkdaşlar və təhsilalanlar) - intellektual, mədəni və mənəvi potensialın həyata keçirilməsi;
cəmiyyət üçün - əsas və tətbiqi elmlər sahəsində yeni mütəxəssislərin hazırlanması;
dövlət üçün-şəxsiyyətin humanist və vətənpərvər ruhunun inkişafının təmin edilməsi;
universitet üçün- mütərəqqi inkişaf, ali peşə təhsilində aparıcı rol əldə etmək.
Mərkəz öz işini Avropa standartlarına uyğun olaraq aşağıdakı istiqamətlərdə formalaşdırır :
- tədrisin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi;
-yeniliyin tətbiqi və təhsil üçün imkanların və mənbələrin araşdırılması;
-ali təhsil müəssisələrində idarəetmənin səviyyəsini yüksəltmək;
-təhsilin keyfiyyətinin təmin edilməsi;
-təhsilin səmərəli təşkili və idarə edilməsi
-Təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması;
-Gənc kadrların elmi tədqiqat işinə cəlb edilməsi və dövrü nəşrlərin beynəlxalq arenada tanınması;
-Universitetin təhsil və fəaliyyət istiqamətlərinə uyğun müəsssisə və təşkilatlarla ikitərəfli əməkdaşlığın qurulması;
-xüsusi istedada malik olan tələbələrin universitetin elmi ictimai işlərin cəlb edilməsi;
-təhsilalanlar arasında mütəmadi olaraq məmnuniyyət sorğuları keçirilməsi və rəy təkliflərin toplanılması və təhlili.
Əlaqə:
Dilarə Əliyeva 21a Mingəçevir Az4500
II korpus otaq -209
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
tel:27-5-53-54