MDU-da seminar: İqlim dəyişikliklərinə qarşı mübarizə

2022-ci ilin 14 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “İqlim dəyişikliklərinə qarşı mübarizə” mövzusunda seminar keçirilib.

KİM-in mütəxəssisi İlhamə Məmmədova seminarın tələbə gənclərin dünyada baş verən iqlim dəyişiklikləri və ekoloji problemlərə diqqətini çəkmək, qlobal səviyyədə iqlim böhranı ilə mübarizə yolları haqqında onların məlumatlılığını artırmaq məqsədi daşıdığını bildirib. 

Sonra, MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova təqdimatla çıxış edərək qlobal istiləşmənin səbəbləri, ağır ekoloji nəticələri və onların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin rolundan bəhs edib və tələbələrin suallarını cavablandırıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.