Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
“Orhun Mübadilə Proqramı” tələbə və müəllimlər üçün məlumatlandırma görüşü
🔴 Mingəçevir Dövlət Universitetində "Orhun Mübadilə Proqramı" ilə bağlı tələbə və müəllimlər üçün məlumatlandırıcı görüş keçiriləcək. ✅ Görüş zamanı:▶️ Təhsil
Awareness on Global Education Opportunities and Sustainable Career Prospects at Mingachevir State University: Seminar on “Study Abroad and International Scholarship Opportunities”
On February 27, 2026, a seminar titled “Study Abroad and International Scholarship Opportunities” was held at Mingachevir State University, organized
Mingəçevir Dövlət Universitetinin nümayəndələri regional su ehtiyatlarının bərpasına həsr olunmuş potensialın gücləndirilməsi sessiyasında iştirak ediblər
27 fevral 2026-cı il tarixində Gəncə şəhərində regional su ehtiyatlarının bərpasına həsr olunmuş “Kəhrizlərin bərpasının Azərbaycanda su ilə əlaqəli iqlim
Mingəçevir Dövlət Universitetinin 10 tələbəsi Türkiyə və Qazaxıstan universitetlərində təhsil alacaq: Onlara uğurlar arzulanılıb, biletləri təqdim olunub
2026-cı ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Universitetində Türkiyə və Qazaxıstanın ali təhsil müəssisələrinə qəbul olunan tələbələrlə bağlı təqdimat mərasimi
Elanlar

Beynəlxalq elmi konfrans – Uluslararası kongre – İnternational Scientific Conference – Международная научная конференция
Mingəçevir Dövlət Universiteti Beynəlxalq elmi konfrans (qaydalar) Mingeçevir Devlet Üniversitesi Uluslararası kongre (kurallar) Mingachevir State University İnternational Scientific Conference (rules)

İspaniya Krallığının Valladolid Universiteti sənəd qəbulu elan edir
İspaniya Krallığının Valladolid şəhərində yerləşən Valladolid Universiteti sənəd qəbulu elan edir (tələbə və magistrantlar üçün) Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı

Litva Respublikasında 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil imkanı
Litva Respublikasının “Təhsil Birjalarına Dəstək Vəqfi” Azərbaycan vətəndaşları üçün 2021- 2022-ci tədris ili üzrə bu ölkənin müxtəlif ali təhsil müəssisələrində