MDU-da təlim: Karyera planlaması

  • Post category:Karyera

2022-ci ilin 8 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Karyera planlaması” mövzusunda təlim keçirilib. Təlimdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Peşəkar təlimçi, MDU-nun məzunu Vahid Məsimov təqimatla çıxış edərək karyera inkişaf modelləri, karyera planlamasının mərhələləri, doğru karyera planlama üsulları və karyera qurmağın yolları barədə ətraflı məlumat verib və təqdim edilən sualları cavablandırıb.

Sonda təlimçi V.Məsimov müəllifi olduğu “Uğura gedən yol” kitabını iştirakçılara hədiyyə edib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.