MDU kollektivi qanvermə aksiyasında iştirak edib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 8 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup kollektiv üzvü, tələbə və magistrantları qanvermə aksiyasında iştirak edib.

Aksiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Mingəçevirdə təşkil olunub.

Qeyd edək ki, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək göstərmək məqsədilə keçirilən bu cür aksiyalarda fəal iştiraka MDU-da xüsusi önəm verilir.