You are currently viewing  “Heydər Əliyev İli” çərçivəsində MDU-da keçirilən respublika elmi konfransının materialları dərc edilib

 “Heydər Əliyev İli” çərçivəsində MDU-da keçirilən respublika elmi konfransının materialları dərc edilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2023-cü ilin 4-5 may tarixlərində “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində dərc olunub.

630 səhifədən ibarət olan kitabda respublikanın 40-dan çox ali təhsil müəssisəsi, elmi-tədqiqat institutu və digər təşkilatlardan daxil olmuş ümumilikdə 220 elmi məqalə yer alıb.

Məqalələr müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı yolunda zəngin və çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərini əhatə edib.

Elmi konfransın materialları ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://s.id/knfrns_4-5_05_23