MDU-da idman turnirləri başa çatıb

  • Post category:Xəbərlər (AZ)

MDU-da idman turnirləri başa çatıb

Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq idmanın voleybol, şahmat, dama, stolüstü tennis və mini-futbol növləri üzrə qruplararası universitet birinciliyi keçirilmişdir.

Voleybol üzrə 11 komanda birinciliyə qoşulmuşdur. Gərgin keçən keçən mübarizə şəraitində İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs İ16.1,2 komandası – I yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs İ17.1,2 komandası – II yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs ST17.1,2 komandası – III yerə layiq görülmüşlər.

Şahmat üzrə birincilikdə 6 zəka sahibi mübarizə aparıb. Birincilik İsveç sistemi üzrə aparılıb. Bütün rəqiblərinə qalib gələn Mühəndislik fakültəsinin II kurs YN17 saylı qrup tələbəsi Musa Şirinov birinciliyin qalibi olub. Digər iki pillədə İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs Mq17 saylı qrup tələbəsi Əhliman Məmişzadə və II kurs ST17.2 saylı qrup tələbəsi Səxavət Rasulov qərarlaşıblar.    

Dama üzrə birinciliyə 12 nəfər qoşulmuşdur. Birincilik həmçinin dama idman növünün universitetdə daha da inkişafına nail olunması, tələbələrin stolüstü oyunlara marağının artırılması və onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşımışdır. Birincilik Əsasnamə əsasında iştirakçıların sayına uyğun olaraq olimpiya sistemi üzrə təşkil olunmuşdur. Bütün oyunları qələbə ilə başa vuran İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs MU16 saylı qrup tələbəsi Kərim Vahabov turnirin birincisi olub. Tələbə gənclərdən İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs M18 saylı qrup tələbəsi Rəşad Şükürlü – II yeri və fakültənin II kurs Mq17 saylı qrup tələbəsi Cavid Qəhrəmanov isə III yeri tutmuşlar.

Stolüstü tennis üzrə birincilikdə 17 nəfər mübarizə aparıb. Gərgin keçən mübarizə şəraitində Mühəndislik fakültəsinin II kurs EE17 saylı qrup tələbəsi Oruc Həsənov birinciliyin qalibi olub. İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs Mq17 saylı qrup tələbəsi Nail Əhmədov – II yerə və III kurs TO16 saylı qrupun tələbəsi Ümid Xəlilullaxzadə – III yerə layiq görülmüşlər.

Mini-futbol üzrə birinciliyə isə 24 komanda mübarizəyə qoşulmuşdur. Turnir olimpiya sistemi üzrə aparılmışdır. Bütün fəxri yerləri İqtisadiyyat və idarəetmə fakültəsinin komandaları tutmuşlar. Beləliklə, III kurs TO16 saylı qrup komandası fəxri kürsün ən yüksək pilləsinə qalxaraq universitet birincis olmuşdur. II kurs Mq17 saylı qrup komandası gümüş mükafatın sahibi olmuşdur. II kurs MU17 saylı qrup komandası isə bürünc medala layiq görülmüşdür.

Yarışlarda fəxri yerləri tutmuş komandalar və idmançı tələbə gənclər Mingəçevir Dövlət Universitetinin təsis etdiyi kubok, medal, Fəxri Fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Qeyd edək ki, komandaları yarışa Mingəçevir Dövlət Universitetinin İdman Sağlamlıq Mərkəzinin direktoru, yarışların baş hakimi Fərman Məmmədov, məşqçi-müəllimlər turnirin hakimləri Ramin Allahverdiyev və Kamran Nəsibov hazırlamışlar.

{phocagallery view=category|categoryid=152|limitstart=0|limitcount=0}