MDU-da seminar: Sabahına hazır ol

  • Post category:Karyera

2022-ci ilin 10 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Sabahına hazır ol” mövzusunda seminar keçirilib. Seminarda universitetin bir qrup akademik heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Günel Kərimli və tələbəsi Kənan Mustafayev təqdimatla çıxış edərək iş həyatında uğuru şərtləndirən və rəqabətə davamlı olmağın başlıca amilləri, insan resurslarının səmərəli idarə edilməsi və müsahibəyə hazırlıq barədə fikirlərini bölüşüb və tələbələrin suallarını cavablandırıblar.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.