MDU “Erasmus+” layihəsi ilə Avropaya inteqrasiyanı genişləndirir

  • Post category:Xəbərlər (AZ)

MDU “Erasmus+” layihəsi ilə Avropaya inteqrasiyanı genişləndirir

Bakı Biznes Universitetinində koordinatoru – rəhbəri olduğu Avropa  Komissiyası tərəfindən maliyyələşdirilmiş Azərbaycan Universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi adlı Erasmus+ layihəsi iştirakçılarının növbəti toplantısı keçirilmişdir. Görüşün məqsədi Avropa ekspertləri tərəfindən layihədə tərəfdaş olan Azərbaycan Universitetlərinin hazırladığı Özünü Dəyərləndirmə hesabatlarının təhlili, Azərbaycan universitetlərində Keyfiyyət təminatının cari vəziyyətinin müzakirəsi, yekun hesabatların hazırlanmasıdır.

Eyni zamanda 9 Oktyabr tarixində Avropanın 5 universiteti o cümlədən, İspaniyanın Alikante Universiteti, İngiltərənin Middlesex universiteti, Litvanın SMK Tətbiqi Elmlər Universiteti və EKT Akkreditasiya Təşkilatı, İsveçdən KHT Kral Texnologiya İnstitutu  və Azərbaycanda fəaliyyət göstərən bütün universitetlərin nümayəndələrinin iştirakı ilə layihənin geniş miqyaslı Məlumatlandırılma Günü keçirilmişdir. Tədbirdə Bakı Biznes Universiteti tərəfindən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və İnkişafı” (EQAC) layihəsi haqqında ətraflı məlumat verilmiş, həmçinin Avropa expertlərinin iştirakı ilə Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Grant proqramlarında iştiraklarının lazımi səviyyədə olmaması, bu sahədə olan problemlər və bunların həlli yolları müzakirə olunmuşdur. Avropa universitetləri ilə layihələr ətrafında fikir mübadiləsi aparılmış, universitetlərdə yeni layihə komandalarının yaradılması barədə təkliflər irəli sürülmüş, təqdim olunan layihələrin sayının artırılması və Avropa universitetləri tərəfindən yazılan layihələrdə Azərbaycan universitetlərinin iştirakının təmin olunması məsələləri müzakirə edilmişdir.

Qeyd edək ki, tədbirdə Mingəçevir Dövlət Universitetini Təhsildə  Keyfiyyətə  Təminat və  Nəzarət  Mərkəzinin direktoru Səbinə Quliyeva, Beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədova, Tədris hissəsinin müdir müavini Üzeyir Zeynalov təmsil ediblər.

{phocagallery view=category|categoryid=62|limitstart=0|limitcount=0}