MDU kollektivi Ulu Öndərin abidəsini ziyarət edib

2023-cü il dekabrın 12-də Mingəçevir Dövlət Universitetinin (MDU) kollektiv üzvləri müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub.