MDU əməkdaşları Ağdaş-Göyçay-Ucar rayonlarının məktəblərinin buraxılış sinif tələbəblərilə görüşüb

  • Post category:Xəbərlər (AZ)

MDU əməkdaşları Ağdaş-Göyçay-Ucar rayonlarının

məktəblərinin buraxılış sinif tələbəblərilə görüşüb

Mingəçevir Dövlət Universitetinin təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, burada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə professormüəllim heyətinin Azərbaycanın bölgələrinə səfərləri davam edir.

MDUnin elmi işlər üzrə prorektoru, iqtisad elmlər doktoru, professor Veysəl Əyyubovun başçılıq etdiyi təbliğat qrupu 13 may 2019-cu il tarixdə respublikanın Ağdaş, Göyçay və Ucar rayonlarına səfər etmişdir.

Təbliğat qrupunun tərkibinə həmçinin, “İqtisadiyyat” kafedrasının müdiri, dosent Cəmilə Musayeva, Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin sektor kordinatoru Səhyəddin Məmmədov və “İqtisadiyyat” kafedrasının müəllimi Yeganə Məmmədli daxil edilmişdir.

Ağdaş rayonunun Təhsil şöbəsinin müdiri Hürü Əliyeva ilə görüşdükdən sonra rayonun qabaqcıl məktəbləri olan S.Vurğun ad. 3 saylı tam orta məktəbdə, M.Şeyxzadə ad. Texniki, Təbiət və Humanitar Təmayüllü liseyi və M.İsayev ad. tam orta məktəb ziyarət olunub.

Veysəl Əyyubov görüş iştirakçılarına MDU-nin rektoru Akif Hacıyevin salamlarını çatdırdı. MDU haqqında geniş məlumatla çıxış etdi. Sonra MDU haqqında 10 dəqiqəlik video çarx nümayiş olundu. Şagirdləri və valideynləri maraqlandıran suallar universitetin əməkdaşları tərəfindən cavablandırıldı.

Elə həmin gün təşviqat qrupu Göyçay rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılovun qəbulunda olublar. Təhsil şöbəsinin müdirinin tövsiyəsi ilə şəhər 1; 3 və 5 saylı tam orta məktəblərin akt zalında XI sinif şagirdləri və valideynləri ilə görüş keçirilib. Görüşdə MDU-nun professoru Veysəl Əyyubovun MDU haqqında məlumatı dinlənildi. Sonra şagirdlər universitetdə təhsil haqqı, tələbə yataqxanası və xarici ölkələrin universitetləri ilə əməkdaşlıq, habelə tələbə mübadiləsi haqqında suallar verdilər. Verilən suallar professor Veysəl Əyyubov və kafedra müdiri Cəmilə Musayeva tərəfindən cavablandırılıldı. Arzu və istəyi olan XI sinif şagirdlərini MDU-da təhsil almalarının ən yaxşı seçim olması diqqətə çatdırıldı.

14.05.2019-cu il tarixdə təbliğat qrupu Ucar rayon Təhsil şöbəsində oldu. Təbliğat qrupunu Ucar rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov qarşıladı. Səfərin məqsədi barədə Fuad İsrəfilova məlumat verildi. Bu səbəbdən Ucar rayon Təhsil şöbəsi Metod kabinetin müdiri Əliyar Qəhrəmanovun müşayəti ilə dörd tam orta məktəblərdə oldular. Görüş hər dörd məktəbdə yüksək səviyyədə keçirildi. Görüşlərdə porofessor Veysəl Əyyuboov MDU-nin rektoru Akif Hacıyevin salamlarını dinləyicilərə çatdırdı. Sonra 10 dəqiqəlik MDU-nun fəaliyyətini əks etdirən video rolik nümayişi oldundu. Hər bir məktəbin şagird, müəllim və valideynlərini düşündürən suallar əməkdaşlar tərəfindən cavablandırıldı. Çıxış edən XI sinif şagirdləri ixtisas seçimində hər cür şərait və imkana malik olan MDU-nu seçəcəklərini söylədilər. Sonda görüş iştirakçıları MDU-nun rəhbərliyinə təbliğat qrupun üzvlərinə öz minnətdarlıqlarını bildirdilər.

{phocagallery view=category|categoryid=159|limitstart=0|limitcount=0}