MDU əməkdaşları region məktəblərinin buraxılış sinif tələbəblərilə görüşüb

  • Post category:Xəbərlər (AZ)

MDU əməkdaşları region məktəblərinin buraxılış sinif tələbəblərilə görüşüb

      Mingəçevir Dövlət Universitetinin təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, burada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə professor-müəllim heyətinin Azərbaycanın bölgələrinə səfərləri davam edir.

    May ayının 17-si Balakən rayon ümumtəhsil məktəblərinə səfər edən MDU-nun nümayəndə heyəti, Riyaziyyat kafedrasının müdiri, dosent Sahib Mustafayev, Gənclər Təşkilatının sədri Samrin Xanlayev, Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Aynur Namazova və İqtisadiyyat kafedrasının müəllimi Aytən Nadirova ilk dəfə olaraq Balakən rayon qabaqcıl məktəbi olan Humanitar və Texniki Təmayüllü liseyi ziyarət edib direktor Şaban Abdullayevlə görüşüblər. Ş.Abdullayev lisey haqqında, məktəbin uğurları barədə məlumat verib. Liseyin şagirdləri ilə görüşdə dos. Sahib Mustafayev Mingəcevir Dövlət Universiteti, onun ixtisasları haqqında məlumat verib, fəaliyyəti, beynəlxalq əlaqələrindən, tədris prosesindən söz açıb. Görüşdə şagirdlərə MDU-nun tanıtım videoçarxı nümayiş etdirilib, məlumat kitabçaları paylanılıb. 

    Yuxarı sinif şagirdləri və onların valideynlərini maraqlandıran suallara ətraflı cavab verildi. Xatirə şəkilləri çəkilib.

    Zaqatala rayonuna səfərdə isə bir lisey və ümumtəhsil məktəbin şagirdləri ilə görüş keçirilib. Rəhbərlik etdikləri təhsil müəssisəsi haqqında məlumat veriblər. Dosent Sahib Mustafayev, Gənclər təşkilatının sədri Samrin Xanlayev universitet haqqında, buradakı şərait, ixtisaslar, tələbələrin asudə vaxtıbeynəlxalq əlaqələrdən söz açıblar. Orta məktəb şagirdləri Mingəçevir Dövlət Universitetinin fəaliyyətini əks etdirən video-çarxa maraqla tamaşa etdilər. Onları maraqlandıran suallar cavablandırıldı. Şagirdlərə bukletlər təqdim edildi. Xatirə şəkilləri çəkdirilib.

{phocagallery view=category|categoryid=161|limitstart=0|limitcount=0}