MDU nümayəndə heyəti “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin birinci görüşü”ndə iştirak edir.

  • Post category:MDU xəbərləri

22-23 aprel tarixlərində Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə təşkilata üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir.

Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti də adı çəkilən görüşdə bir qrup nümayəndə heyəti ilə təmsil olunur.