You are currently viewing MDU tələbəsi 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş rayon tədbirində çıxış edib

MDU tələbəsi 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş rayon tədbirində çıxış edib

  • Post category:MDU xəbərləri

 Tehsil.biz

Yevlaxda 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş rayon tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq soyqırım abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Sonra tədbir işinə YAP Yevlax rayon təşkilatının inzibati binasında davam edib.

Tədbirdə Mingəçevir Dövlət Universitetinin tələbəsi Əlirza Abdullayev də mövzu ətrafında çıxış edərək son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasətinin həyata keçirilməsi nəticəsində xalqımızın görünməmiş məhrumiyyətlərlə üzləşdiyini söyləmişdir.  Mərhələlərlə gücləndirilən belə qeyri-insani siyasətin azərbaycanlıların min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınmaları ilə nəticələndiyini vurğulamışdır.

Tədbirin gedişində  soyqırım qurbanları anılıb. Eyni zamanda soyqırım tarixinə, mənfur düşmənlərimizin bu soyqırımda xalqımızın başına gətirdikləri faciələrə toxunulub və geniş müzakirələr aparılıb.