MDU və AMEA Dilçilik İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib

  • Post category:MDU xəbərləri

2023-cü ilin dekabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ.Nəsimi adına Dilçilik İnstitutunda olub. Ziyarət zamanı rektor Ş.Bayramov AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli və bu elmi-tədqiqat institutunun müvafiq əməkdaşları ilə görüşüb.

Görüşdə Dilçilik İnstitutu ilə MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə müzakirələr aparılıb.

Bununla yanaşı, Dilçilik İnstitutu tərəfindən MDU-ya 145 ədəd kitab hədiyyə edilib. Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılması və yeni dövrün tələblərinə uyğun elmi kadrların hazırlanması məqsədilə elmi-tədqiqat institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritetlər sırasındadır.