2023-cü ilin martın 1-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Mübahisələrin həllində mediasiyanın üstünlükləri” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Görüş iştirakçılarını salamlayan KİM-in mütəxəssisi İlhamə Məmmədova qonaqları təqdim edib və əsas məqsədin gənclərin mediasiya və onun önəmi ilə bağlı məlumatlılığının artırılması olduğunu bildirib. Sonra, Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının rəhbəri İsmayıl İsmayılov, mediatorlar Nigar Hüseynzadə və Rövşən İsmayılov mediasiyanın mahiyyəti, mediasiyaya müraciət halları və qaydaları, mediasiyanın üstünlükləri və tərəflərin qarşılıqlı anlaşmasında yaratdığı imkanlar haqqında ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıblar. Qarşılıqlı müzakirələrlə keçirilən görüş maraqla qarşılanıb.
MDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib
- Запись опубликована:02.03.2023
- Post category:Karyera
Digər yazılar

MDU-da seminar: Hotel və mehmanxana işinin təşkili

MDU-da təlim: 0-dan biznesə

Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Gənclər Evinin fəaliyyəti haqqında infosessiya keçirilib

MDU-da turizm mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin yuxarı kurs tələbələri ilə dövlət qulluğunun təbliği və təşviqi məqsədilə maarifləndirici görüş keçirilib

MDU Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Karyera Sərgisində təmsil olunub

Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil Tələbə Kredit fondu haqqında maarifləndirici görüş keçirilib
