You are currently viewing MDU-da “Müəllimlərimiz fəxrimizdir” rubrikası davam edir

MDU-da “Müəllimlərimiz fəxrimizdir” rubrikası davam edir

Müəllimlərimiz fəxrimizdir

Mingəçevir Dövlət Universitetinin təcrübəli mütəxəssisi və pedaqoji fəaliyyətə bütün varlığı ilə bağlanmış müəllimi – Arif Məmmədhəsən oğlu Tağıyev

20 avqust 1947-ci ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

1953-cü ildə Gülablı kənd orta məktəbinin 1-ci sinfinə gedib.Təhsilini Xocavənd rayon 1 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 1964-cü ildə başa vurub.

1970-ci ildən Mingəçevir şəhərinin sakinidir.

3 övladı, 7 nəvəsi var.

Ali təhsili:

Arif Tağıyev ilk ali təhsilini 1965-1969-cu illərdə Volqoqrad Şəhər Təsərrüfatı Mühəndisləri İnstitutunun İnşaat fakültəsində “Şəhər tikintisi, mühəndis” ixtisası üzrə alıb,

İkinci ali təhsilini 1979-1984-cü illərdə Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin (hazırda Moskva Sosial Münasibətlər Akademiyası) İqtisadiyyat fakültəsində “İqtisadçı” ixtisası üzrə alıb.

Əmək fəaliyyəti:

– 1969-1970-ci illər –  Volqoqrad şəhəri, “Qipromolprom” layihə institutu, texnik

– 1970-1984-cü illər 5 №-li Mingəçevir şəhəri, “Azərkəndtikinti” Tresti. Mühəndis, iqtisadçı, baş iqtisadçı

– 1984-1999-cu illər Mingəçevir şəhəri,  “Azyolmaş” İstehsalat Birliyi. Həmkarlar İttifaqı Komitəsinin sədri

– 1999-2001-ci illərdə Mingəçevir şəhəri, “Azyolmaş” İstehsalat Birliyi, baş direktorunun müavini

– 2001-2002-ci illərdə Mingəçevir şəhəri “Azyolmaş” Açıq Səhmdar Cəmiyyətində, sədr müavini

– 1996-2002-illərdə Mingəçevir Politexnik İnstitutunun “İqtisadiyyat və idarəetmə” fakültəsində, müəllim,

– 2002-2003-cü illərdə baş müəllim

– 2003-2008-ci illərdə dekan müavini,

– 2009-2015-ci illərdə kafedra müdirinin müavini, baş müəllim

2015-2021-ci illərdə Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsində baş müəllim,

2021-ci ildən İqtisadiyyat kafedrasının müdir əvəzi, baş müəllim

Yaradıcılığı:

Arif müəllim tələbələrin potensialını yüksək səviyyədə inkişaf etdirməyi bacarmasına baxmayaraq, daim yeniliklərlə maraqlanıb, özünü inkişaf etdirmək məqsədilə çalışıb, müasir tədqiqat sahəsinin yeni üsullarını mənimsəməklə yanaşı, müstəqil tədqiqatlar aparıb, elmi məqalələr yazıb, mütəmadi ölkədaxili və beynəlxalq səviyyəli elmi konfranslarda iştirak edib. Təcrübəli müəllimin beynəlxalq indeksli jurnallarda, elmi kitablarda, milli resenziyalı jurnallarda təxminən 80 elmi məqaləsi çap olunub.

Arif Tağıyev “Azərbaycan iqtisadiyyatı” və “Milli iqtisadiyyatın tənzimlənməsi” adlı 2 dərsliyin, “Vergi siyasəti və investisiyaların dövlət tənzimlənməsi” və “Milli iqtisadiyyatın inkişafının əsasları” adlı metodik vəsaitlərin həmmüəllifi və 2 Metodik Göstərişin müəllifidir.

Müəllimimizin göstərdiyi akademik fəaliyyəti hər zaman müsbət qiymətləndirilib və müxtəlif zamanlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən  Fəxri Fərmanlarla təltif edilib. Eləcə də Arif müəllimin peşəkarlığı, təlim təcrübəsi, təhsil bacarığı, tədqiqat sahəsində nailiyyətləri və tələbələrinə təhsil vermək yönümündə bacarığı və biliyi çoxsaylı təşəkkürnamələrlə dəyərləndirilib.

Təlim prosesində interaktiv metodları və müasir təhsil texnologiyalarını bacarıqla tətbiq edən,  gənclərin müstəqil inkişafına hərtərəfli dəstək göstərən, demək olar ki, bütün tələblərin sevimlisi və səmimi dostu Arif müəllimə can sağlığı və fəaliyyətində bol nailiyyətlər diləyirik.