Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri ilə görüşüb. Rektor MDU-nun strateji hədəfləri, universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tələbə və müəllim heyətinin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə atılan addımlar və universitet – sənaye işbirliyinin genişləndirilməsinin əhəmiyyəti haqqında məlumat verib.
MDU ilə İATM arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayan Ş.Bayramov maliyyə və mühasibatlıq ixtisasları üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşdırılması istiqamətində reallaşdırıla biləcək ortaq layihələr barədə fikirlərini bölüşüb.
MDU-da olmaqdan məmnunluğunu ifadə edən İATM-nin direktoru Radil Fətullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. İATM tərəfindən reallaşdırılan praktiki maliyyə və mühasibat təlimləri haqqında danışan R.Fətullayev MDU ilə potensial əməkdaşlığın mümkün faydalarını diqqətə çatdırıb. Görüşün sonunda İATM tərəfindən hazırlanmış 10 ədəd kitab və metodiki vəsait MDU-nun kitabxaasına hədiyyə edilib.
Qeyd edək ki, milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi və regional innovasiya ekosisteminin drayverinə çevrilməyi hədəfləyən MDU-da müvafiq tərəfdaşlarla səmərəli işbirliyinin yaradılmasına xüsusi önəm verilir.





Mingəçevir Dövlət Universiteti İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə əməkdaşlıq edəcək
- Запись опубликована:31.08.2022
- Post category:MDU xəbərləri
Digər yazılar

Elmi Şuranın növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyəti və tələbələr Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər

2024–2025-ci tədris ilində xaricdə təhsil üzrə proqramların siyahısı müəyyən edilib

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Mingəçevir Dövlət Universiteti (MDU) “Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forum”nda iştirak edib

Mingəçevir Dövlət Universitetinin tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

MDU kollektivi Göygöl Milli Parkına ekskursiya edib
