Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Uğurunu paylaş” adlı layihəyə start verilib. Layihə çərçivəsində iş həyatında və fərdi inkişafda uğur qazanan insanlarla, o cümlədən universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları ilə silsiləvi görüşlərin keçirilməsi nəzərdə tutulub. Məqsəd uğurlu olmağın yolları barədə mütərəqqi düşüncələri və təcrübələri bölüşmək, karyera inkişafını hədəfləyən gənclərə müvafiq tövsiyələr vermək və onları motivasiya etməkdir.
2022-ci ilin 13 oktyabr tarixində layihə çərçivəsində MDU-da ilk görüş baş tutub. Görüşün qonaqları Azərbaycan Respublikası Gənclər Fondunun 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri siyahısında yer alan MDU tələbələri olublar.
Görüşdə giriş sözü ilə çıxış edən KİM-in direktoru Cəlil Bağırov “Uğurunu paylaş” layihəsinin məqsədindən və gənclər üçün əhəmiyyətindən danışıb. MDU-da gənclərin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən bəhs edən C.Bağırov artıq bu istiqamətdə müəyyən geri dönüşlərin baş verməsindən və tələbələrin universitetin uğurlarında pay sahibi olmasından məmnunluğunu ifadə edib. Buna görə də layihənin ilk qonaqları qismində məhz tələbələrin dəvət edilməsinin təsadüfi olmadığını qeyd edən C.Bağırov onları iştirakçılara təqdim edib. Bu yaxınlarda Gənclər Fondunun qrantını qazanmaları münasibətilə tələbələri təbrik edən KİM-in direktoru əldə edilən nailiyyətlərin və qazanılan təcrübələrin paylaşılması baxımından görüşün maraqlı olacağına, gənclərdə böyük motivasiya yaradacağına əminliyini ifadə edib və iştirakçılara uğurlar arzulayıb.
Sonra, Gənclər Fondunun sözügedən Qrant Müsabiqəsinin qalibləri olan MDU-nun Təhsil fakültəsinin tələbələrindən Pənah Kərimov, Hikmət Qaffarov və Magistratura və Doktorantura Təhsil Mərkəzinin magistrantı Şahlar Mirzalıyev qranta layiq görülən layihələri barədə ətraflı məlumat veriblər, layihənin hazırlanması və uğurlu nəticənin əldə edilməsi üçün diqqət yetirilməsi vacib olan nüanslarla bağlı fikirlərini və təəssüratlarını bölüşüblər. Məlumat üçün bildirək ki, MDU tələbələrinin “Tələbə təşəbbüsü” qrant istiqaməti üzrə “Create yourself”, “Gənc lider” qrant istiqaməti üzrə “Brainiest school”, “Gənc istedad” qrant istiqaməti üzrə “Art-line” və “Vətənimiz” qrant istiqaməti üzrə “Nəğməli tariximiz” adlı 4 layihəsi Gənclər Fondu tərəfindən qalib elan olunub.
Daha sonra, iştirakçılar tərəfindən maraqla qarşılanan görüşdə fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müvafiq imkanların yaradılmasına və çoxsaylı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. KİM-in təşkilatçılığı ilə MDU-da start verilən “Uğurunu paylaş” layihəsi də məhz bu məqsədlərə xidmət edir.
Mingəçevir Dövlət Universitetində “Uğurunu paylaş” layihəsinə start verilib
- Запись опубликована:15.10.2022
- Post category:MDU xəbərləri
Digər yazılar

MDU Azərbaycan-Türkiyə biznes forumunda təmsil olunub

“COP 29 – UN AZƏRBAYCAN ÜÇÜN SİYASİ, İQTİSADİ VƏ EKOLOJİ ƏHƏMİYYƏTİ”

MDU və İstanbul Gedik Universiteti işbirliyi ilə Zəfər Günü qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının Kitabxanasına və Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxanasına kitablar hədiyyə edib

FHN-in Aran Regional Mərkəzi Mingəçevir Dövlət Universitetində maarifləndirici seminar keçirib

Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Akademik heyət üçün rəqəmsal bacarıqlar və İKT-nin təhsildə tətbiqi” mövzusunda təlim keçiriıib

Valideynlər 2024/2025-ci tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində imtahanları müşahidə ediblər
