Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 16 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb.

Növbəti imtahan həftəsinin uğurla başa çatdığını bildirən rektor Ş.Bayramov imtahan sessiyasına hazırlıq sahəsində görülən işlərin müsbət nəticələr verdiyini vurğulayıb, tələbələrin müvəffəqiyyət göstəricilərindən məmnunluğunu ifadə edib.

Valideynlərin və İctimai Nəzarət Şurasının üzvlərinin imtahan prosesini yaxından izləmək təşəbbüslərini yüksək qiymətləndirən Ş.Bayramov müsbət ənənəyə çevrilən bu cür fəaliyyətlərin davamlılığı üçün bütün lazımi şəraitin təmin edildiyini deyib.

Səmimi ortamda keçən görüşdə tələbə və magistrantların sual və təkliflərinə münasibət bildirilib, universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə edilib.

Qeyd edək ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günlərinin cari ilin 5 iyul tarixinədək hər həftə təşkil ediməsi nəzərdə tutulub.