You are currently viewing Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin 1 iyun tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.

İyunun 20-dən 24-dək davam edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 97 qrup üzrə 2682 tələbə ümumilikdə 142 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 97,6 faiz olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.

Sözügedən imtahan günlərində magistratura səviyyəsində 12 qrup üzrə ümumilikdə 12 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100,0 faiz olub.

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahı, “Qaynar xətt” və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Müntəzəm olaraq hər həftə keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırlır.

Universitetdə yaz semestrinin imtahan sessiyası cari ilin iyulun 5-dək davam edəcək.