Mingəçevir Dövlət Universiteti tələbələrinin nəzərinə!

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti tələbələrinin nəzərinə!

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  13 aprel  2020-ci il tarixli  138  nömrəli Qərarına əsasən hazırlanmış məlumat sistemi artıq istifadəyə verilmişdir. Sistemə daxil olmaq üçün    www.e-telebe.edu.az ünvanından istifadə edilməlidir. Qeydiyyat tələbə tərəfindən aparılmalıdır.

Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sisteminin istifadəçi təlimatı əlavə edilmişdir.

Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşıldığı zaman Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (146-1) müraciət edilə bilər.

İstifadəçi təlimatı