Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

2020-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib.

Virtual formatda keçirilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov bakalavriat səviyyəsində təhsil alan tələbələrin elmi tədqiqat fəaliyyətinə olan marağının artmasını yüksək qiymətləndirib. Cari tədris ilində Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin qənaətbəxş olduğunu bildirən Ş.Bayramov aktual mövzularda tədqiqatlar aparan tələbələrin gələcəkdə magistratura və doktorantura səviyyələrində təhsil almaları üçün MDU tərəfindən müvafiq dəstəyin göstəriləcəyini diqqətə çatdırıb. Məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayan Ş.Bayramov konfransda təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə məlumat verib.

Sonra MDU tələbələrindən Şamxal Hüseynov “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili sistemləri” mövzusunda (Elmi rəhbər: dosent Şahsuvar Heydərov), Aytən Bağırzadə “Coğrafi adlar mənəvi sərvətimizdir. Lələtəpə.” mövzusunda (Elmi rəhbər: dos. Namaz Manafov), Gülnaz Qarayeva “İnsan amili Azərbaycan dövlətinin sosial siaysətinin strateji hədəfi kimi” mövzusunda (Elmi rəhbər: baş müəllim Arif Tağıyev), Elsevər Cəfərov “Kabelsiz enerji transmissiyası” mövzusunda (Elmi rəhbər: baş müəllim Səadət Şıxəliyeva), Çingiz Çingizzadə “Büdcə kəsirinin yaranması və onun aradan qaldırılması imkanları” mövzusunda (Elmi rəhbər: baş müəllim Günəş Şəfaqətov), Günay Əhmədova “Müəllim-şagird, tərbiyəçi-uşaq şəxsiyyəti pedaqoji ustalığın vasitəsi kimi” mövzusunda (Elmi rəhbər: Sevinc Səmədova), Xoşqədəm Məmmədli “Onlayn tədrisdə bulud xidmətlərindən istifadə” mövzusunda (Elmi rəhbər: müəllim Günel Baxşiyeva), Nurlan Yusibov “İqtisadiyyatın inkişafında sənaye parkları və məhəllələrinin rolu” mövzusunda (Elmi rəhbər: baş müəllim Təranə Səfərova) məruzələrlə çıxış ediblər.

Virtual konfransın iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.

{phocagallery view=category|categoryid=373|limitstart=0|limitcount=0}