Mingəçevir Dövlət Universitetində futbol üzrə yoldaşlıq görüşü keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində futbol üzrə

yoldaşlıq görüşü keçirilib

 

Mingəçevir Dövlət Universitetində minifutbol üzrə yığma komanda Mingəçevir “ASAN peşə” xidmətinin komandası ilə yoldaşlıq görüşü keçirilib. Komandalar 40 dəqiqə ərzində güclərini sınayıblar. Gərgin keçən mübarizə şəraitində hesab bərabər olub 3:3.

MDU komandası tərəfindən vurulan topların müəllifi 5 nömrəli oyunçu Dayaq Mənəfov olub. Rəqib komandasından isə hərə bir topla Qədir Qarayev, Toğrul Əbilov və Xəlil Səmədov fərqləniblər.

MDU-nun təklifi ilə keçirilən yoldaşlıq görüşü tələbələrdən ibarət yenidən yaradılan komandanın yoxlanması idi.

MDU-nun şərəfini bu oyunda ST17.2 saylı qrupun tələbəsi Ramazan Həsənov, Mq19.2 saylı qrupun tələbəsi Elşən Quliyev, M19 saylı qrupun tələbəsi əkiz qardaşlar Sərxan və Orxan Mirzəyevlər və YN17 saylı qrupun tələbəsi Dayaq Mənəfov qoruyublar.

Qeyd edək ki, oyunu MDU-nun İdman və Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədov idarə edib.

{phocagallery view=category|categoryid=213|limitstart=0|limitcount=0}