Mingəçevir Dövlət Universitetində mətbuat işçiləri ilə görüş keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində mətbuat işçiləri ilə görüş keçirilib

 

22 iyul 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Milli Mətbuat və Jurnalistika günü” münasibətilə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, əməkdar jurnalist Fərman Nəbiyev, “Mingəçevir” qəzetinin baş redaktoru, “Tərəqqi” medallı Mirsədi Dadaşov və jurnalist Esmira Hidayətova ilə görüş keçirilib.

MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, görüşdə iştirak edən mediya təmsilçilərinin simasında öz vəzifəsini layiqincə yerinə yetirən bütün mətbuat işçilərini və jurnalistləri peşə bayramları münasibətilə təbrik edib.

MDU-nun fəaliyyətinin işıqlandırılmasında, geniş tanıdılmasında və ictimaiyyət ilə kommunikasiyasının qurulmasında əhəmiyyətli və fəal rol oynayan mediya təmsilçilərinə təşəkkürünü bildirən rektor onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Göstərilən diqqət və hörmətə görə minnətdarlıqlarını ifadə edən görüş iştirakçıları son dövrdə sürətlə modernləşən MDU-nun cəmiyyətdə artan nüfuzundan danışıblar və qarşıya qoyulan strateji hədəflərə doğru atılan addımlarda mediya ilə fəal əməkdaşlığa xüsusi önəmin verilməsini yüksək qiymətləndiriblər.

Sonra, rektor Ş.Bayramov universitet fəaliyyətinin mətbuatda işıqlandırılmasında fəal iştirak etdiklərinə görə qonaqları təşəkkürnamə ilə təltif edib.

Qeyd edək ki, MDU rektoru tərəfindən təşəkkürnamə ilə təltif olunanlar sırasında ölkəmizdə fəaliyyət göstərən və universitetlə sıx əməkdaşlıq edən bir çox xəbər agentliklərinin, qəzet və televiziyaların əməkdaşları da yer alıb.

{phocagallery view=category|categoryid=657|limitstart=0|limitcount=0}